Müğənni İlahə İbadova milli üslubda yeni layihə hazırlayıb – FOTOSESSİYA

Müğənni İlahə İbadova milli üslubda yeni layihə hazırlayıb – <font color=red>FOTOSESSİYA </font>
# 08 oktyabr 2012 09:01 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Gənc müğənni İlahə İbadova milli üslubda yeni layihə hazırlayıb. Müğənni APA-ya bildirib ki, bu, milli üslubda hazırlanan layihəsinin bir hissəsini təşkil edir: “Xalq üslubunda oxuyanların estrada ifaçıları qədər diqqət mərkəzində olmadığı bəllidir. Niyyətim budur ki, milliliyə müasir baxışdan yanaşım və bunu bütöv bir topluma sevdirim. İlk fotosessiyamız uğurlu oldu. Artıq insanlar məni həm müasir, həm də milli tərzdən izləyə biləcəklər. Bu istiqamətdə telelayihələrin olacağı da istisna deyil. Başlanğıc uğurlu alındı, davamını da gözləyirik”.

İ. İbadova milli üslubun nəinki xalq ifaçılarına, estrada oxuyanlara da çox yaraşacağına əminliyindən danışıb: “Geyimdə məhdudiyyət yoxdur. Bu cür layihələr başqa həmkarlarımın da diqqətini çəksə, sevinərəm”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR