BMT Ali Komissarlığı irandakı son həbslərə münasibət bildirib

BMT Ali Komissarlığı irandakı son həbslərə münasibət bildirib
# 03 oktyabr 2012 07:36 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA. BMT-nin insan haqları üzrə Ali Komissarlığı son iki gündə İranda məşhur hüquq müdafiəçiləri, jurnalistlər və siyasi fəalların həbsindən narahat olduğunu bəyan edib.

APA-nın xəbərinə görə, bunu Ali Komissarlığın nümayəndəsi Rupert Kolvill Cenevrədə keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, İran hökumətinin bu addımları söz və fikir azadlığına hücumdur.

BMT Ali Komissarlığı sentyabrın 29-da hüquq müdafiəçisi Məhəmməd Ali Dədhin həbs olunması, gündəlik “Şərq” müstəqil qəzetinin bağlanması və onun direktoru Mehdi Rəhmanianın həbsi kimi faktları pisləyib və İran hökumətini özünün əsas hüquqlarından dinc yolla istifadə etdiyinə görə saxlanılanları dərhal azad etməyə çağırıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR