Azərbaycan prezidenti Serbiyanın xarici işlər naziri ilə görüşüb

Azərbaycan prezidenti Serbiyanın xarici işlər naziri ilə görüşüb
# 04 fevral 2012 14:45 (UTC +04:00)
APA-nın “AzərTAc”a istinadən verdiyi məlumata görə, görüşdə Azərbaycan ilə Serbiya arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olmasından, siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlıq əlaqələrinin inkişafından məmnunluq ifadə edilib. İki ölkənin müxtəlif sahələrdə bir-birinə verdikləri dəstəyin önəmi vurğulanıb. Serbiyada yol tikintisində Azərbaycan şirkətlərinin iştirakı ilə bağlı bu yaxınlarda Bakıda imzalanan müqavilənin əhəmiyyəti qeyd olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR