Elşad İsgəndərov: “Yeniləşən Azərbaycana uyğun din xadimlərimiz olmalıdır”

Elşad İsgəndərov: “Yeniləşən Azərbaycana uyğun din xadimlərimiz olmalıdır”
# 01 oktyabr 2012 14:44 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. “Dini sahədə maarifləndirmə komitənin fəaliyyətində əsas istiqamət olacaq”. APA-nın məlumatına görə, bunu Oğuz şəhərində keçirilən “Dövlət-din münasibətləri və maarifləndirmə işi” mövzusunda seminar-treninqdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərov deyib.

O bildirib ki, Azərbaycanda dövlət dindən ayrıdır. Ancaq din-dövlət münasibətlərinin örnək hala gəlməsi üçün bir sıra işlər görülməlidir: “Mənəvi inkişaf olmadıqda nə iqtisadiyyatda, nə texnologiyada, nə təhsildə inkişaf ola bilməz. Cəmiyyət nə qədər inkişaf edirsə, o qədər də mənəvi nöqteyi-nəzərdən inkişaf etməlidir”.

E.İsgəndərov qeyd edib ki, paytaxtda və bölgələrdə yüzlərlə dini ibadət yerləri bərpa edilir: “Azərbaycanın İslam sivilizasiyasının bir parçası olması istiqamətində böyük işlər aparılır. Azərbaycanda milli-mənəvi dəyərlərin bərpası üçün böyük əsas yaranıb. Yeniləşən Azərbaycana uyğun dindarlarımız, din xadimlərimiz olmalıdır. Bu şəxslər müstəqilliyimizin, dünyəvi dövlətimizin möhkəmlənməsinə öz töhfələrini verməlidirlər. Bu tədbir bir seminarla sonuclanmamalıdır. Bu cür tədbirləri bölgələrdə davam etdirmək istəyirik”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR