Bank Of Baku

Azərbaycan paytaxtında avtovağzallarda informasiya köşkləri quraşdırılacaq

Azərbaycan paytaxtında avtovağzallarda informasiya köşkləri quraşdırılacaq
# 04 sentyabr 2008 15:32 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA-Economics. Azərbaycanda fəaliyyət göstərən «Kür» Elektron Avadanlıqları Müəssisəsi yeni informasiya köşklərinin istehsalına başlayıb.
«Kür»ün Bakı nümayəndəliyinin administratoru Mahmud Cəlilov «APA-Economics»ə bildirib ki, yeni köşklərin alınması üçün Nəqliyyat Nazirliyinə müraciət edilib. Avtovağzallarda və aeroportlarda quraşdırılmaq üçün nəzərdə tutulan bu köşklərdə marşrutlar barədə məlumatlar yerləşdiriləcək. Müştərilər bu köşklər vasitəsilə marşrutun hərəkət istiqamətləri və vaxtı barədə məlumat ala biləcəklər. Kassa kimi işləyə bilən bu köşklərdən sərnişin özü marşrutdakı yerini seçə bilər. Sərnişin yerini müəyyənləşdirdikdən və tələb olunan bilet pulunu ödədikdən sonra ona qəbz təqdim edilir. Bu köşklərin birinin qiyməti 1500-1600 manatdır.
Qeyd edək ki, «Kür» Elektron Avadanlıqları Müəssisəsi 2005-ci ildə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və «SİNAM» şirkəti tərəfindən Mingəçevir şəhərində yaradılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR