Bank Of Baku

Azərbaycanda elektron imzanın tətbiqi üçün Milli Açıq Açar İnfrastrukturunu quracaq şirkətin adı 10 günə açıqlanacaq

Azərbaycanda elektron imzanın tətbiqi üçün Milli Açıq Açar İnfrastrukturunu quracaq şirkətin adı 10 günə açıqlanacaq
# 11 sentyabr 2008 14:22 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi elektron imzanın tətbiqi üçün Milli Açıq Açar İnfrastrukturunun (PKİ) qurulması üçün təqdim olunan təklif zərflərini açıb. Məlumat Hesablama Mərkəzindən “APA-Econimics”ə verilən məlumata görə, tenderdə iştirak etmək üçün Türkiyə və Azərbaycan müəsissələri ilə yanaşı konsersium şirkətləri də təkliflərini təqdim edib. Hazırda Tender Komissiyası təqdim edilən təklifləri araşdırır. Tenderin qalibləri təxminən 10 günə müəyyənləşəcək. İddiaçıların təkliflərinin qəbulu sentyabrın 9-da başa çatıb.

Qeyd edək ki, bu ilin sonuna kimi Azərbaycanda elektron imzanın tətbiqi nəzərdə tutulur. Bu işlər “Elektron imza haqqında” qanuna uyğun həyata keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR