Bank Of Baku

Dağıstanda baş verən nasazlıq Azərbaycanın İnternetə çıxışında problem yaradıb

Dağıstanda baş verən nasazlıq Azərbaycanın İnternetə çıxışında problem yaradıb
# 11 sentyabr 2008 16:04 (UTC +04:00)
Azərbaycanda universal rabitə xidmətləri göstərən «Delta Telecom» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, problem təxminən saat 18:00 radələrində yaranıb. Hazırda onun həlli istiqamətində Rusiya ərazisində iş aparılır. Xətdə yaranmış nasazlığın bu gün tam aradan qaldırılacağı gözlənilir.
Şirkətdən həmçinin bildirilib ki, problemlə əlaqədar Azərbaycan ərazisində İnternet xidmətlərinin göstərilməsi tam dayandırılmayıb, amma xətlərdə baş verən yüklənmə ilə əlaqədar bir qədər zəiflik yaranıb.
Qeyd edək ki, «Rostelekom» şirkəti dünyanın 70 ölkəsində 150 operatorun beynəlxalq şəbəkəyə çıxışını təmin edir. Hazırda Azərbaycan əhalisinin təqribən 18%-i İnternet istifadəçisidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR