Bank Of Baku

Azərbaycanda hava nəqliyyatı ilə sərnişin daşımaları 11% azalıb

Azərbaycanda hava nəqliyyatı ilə sərnişin daşımaları 11% azalıb
# 22 sentyabr 2008 07:34 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-avqust aylarında Azərbaycanda hava nəqliyyatı vasitəsilə 917,4 min və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 10,7% az sərnişin daşınıb.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hava nəqliyyatı növü ilə daşınmanın 93,1%-i dövlət bölməsi, 6,9%-i isə özəl müəssisələrə məxsus hava gəmiləri ilə həyata keçirilib.
Qeyd edək ki, ümumilikdə bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanın nəqliyyat sektorunda yük daşınması 10,6%, yük dövriyyəsi isə 18,9% artıb. Hesabat dövründə özəl bölmənin nəqliyyat vasitələri ilə yük daşınması 13,5% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR