Bank Of Baku

Rusiyadan Azərbaycana çirkab suların bioloji təmizlənməsi üçün yeni sistem gətiriləcək

Rusiyadan Azərbaycana çirkab suların bioloji təmizlənməsi üçün yeni sistem gətiriləcək
# 22 sentyabr 2008 08:03 (UTC +04:00)
Bakı. Vüqar Mustafayev - APA-Economics. Azərbaycanın «Dencool» şirkəti Rusiyanın «Milli Ekoloji Layihə» Şirkətlər Qrupu ilə çirkab suların bioloji təmizlənməsi üçün işlənmiş yeni nəsil sistemin respublikada tətbiqinə dair danışıqlar aparır.
«Milli Ekoloji Layihə» Şirkətlər Qrupunun baş direktoru Svetlana Bobılyovanın «APA-Economics»ə verdiyi məlumata görə, çirkab suların emalı nəticəsində alınan texniki suyu suvarma və avtomaşınların yuyulması üçün, lili isə təhlükəsiz gübrə kimi istifadə etmək olar.
S.Bobılyova qeyd edib ki, ilkin mərhələdə şirkət distribyutor seçməyi, gələcəkdə isə çirkab suların təmizlənməsi üçün stansiyaların istehsalı üzrə birgə müəssisə açmağı planlaşdırır. Hazırda bu cür müəssisələr Bolqarıstan, Yunanıstan, Latviya və s. ölkələrdə fəaliyyət göstərir.
«Dencool» şirkətinin satış üzrə meneceri Emin Bədəlovun sözlərinə görə, gələcəkdə şirkət çirkab suların təmizlənməsini nəzərdə tutan layihələrdə iştirak etməyi və təmizləyici qurğular hazırlamağı planlaşdırır.
Qeyd edək ki, su qızdırıcıları, kondisioner və ventilyasiya sistemlərinin tətbiqi üzrə Azərbaycanın aparıcı şirkətlərindən «Dencool» yerli bazarda artıq 7 il fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR