Bank Of Baku

Yanvar-avqust aylarında Azərbaycanda avtomobil nəqliyyatı ilə yük daşınması 7%, sərnişin daşınması 6% artıb

Yanvar-avqust aylarında Azərbaycanda avtomobil nəqliyyatı ilə yük daşınması 7%, sərnişin daşınması 6% artıb
# 22 sentyabr 2008 08:04 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda avtomobil nəqliyyatı ilə fiziki şəxslərin və fərdi sahibkarların fəaliyyəti də nəzərə alınmaqla 54,9 mln. ton yük və 666,6 mln. sərnişin daşınıb.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 7,3% və 6,4% artıb. Sərnişinlərin 96,7%-i avtobus, 3,3%-i isə minik taksilərinin xidmətlərindən istifadə edib.
Hesabat dövründə avtomobil nəqliyyatı ilə yük dövriyyəsi 8,1%, sərnişin dövriyyəsi isə 7,9% artıb.
Bundan başqa, cari ilin yanvar-avqust aylarında metro nəqliyyatı vasitəsi ilə 128,2 mln. və ya 13,6% çox sərnişin daşınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR