Bank Of Baku

Bu il Azərbaycanda aparılan inşaat işlərinin həcmi 55% artıb

Bu il Azərbaycanda aparılan inşaat işlərinin həcmi 55% artıb
# 22 sentyabr 2008 08:29 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda fəaliyyət göstərən tikinti müəssisələri tərəfindən yerinə yetirilən inşaat işlərinin həcmi əvvəlki ilin analoji göstəricisini 55,1% üstələyərək 2 115,3 mln. manat təşkil edib.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, görülən işlərin 1 629,3 mln. manatını (ümumi həcmin 77%-i) yeni tikinti, yenidənqurma və genişləndirmə, 285,9 mln. manatını (13,5%-i) əsaslı təmir, 90 mln. manatını (4,3%-i) cari təmir, 110,1 mln. manatını (5,2%-i) isə sair tikinti işləri təşkil edib. Qeyri-dövlət mülkiyyətində olan tikinti müəssisələri 1 574,5 mln. manatlıq, dövlət tikinti müəssisələri isə 540,8 mln. manatlıq inşaat işləri görüb.
Hesabat dövründə inşaat bölməsində çalışmış işçilərin orta aylıq nominal əmək haqqı 398,7 manat təşkil edib. Eyni zamanda iri və orta tikinti müəssisələrində işləyənlərin orta aylıq nominal əmək haqqı 459,9 manat olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR