Bank Of Baku

Sabah Bakıda CAREC Proqramı çərçivəsində Ticarət Siyasəti üzrə Əlaqələndirmə Komitəsinin iclası keçiriləcək

Sabah Bakıda CAREC Proqramı çərçivəsində Ticarət Siyasəti üzrə Əlaqələndirmə Komitəsinin iclası keçiriləcək
# 22 sentyabr 2008 11:01 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin sentyabr ayının 23-də Bakıda Asiya İnkişaf Bankının (AİB) Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı (CAREC) çərçivəsində Ticarət Siyasəti üzrə Əlaqələndirmə Komitəsinin iclası keçiriləcək.
AİB-in Bakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, iclasda Azərbaycanın nümayəndə heyətinə ölkənin CAREC Proqramı üzrə baş əlaqələndiricisi, Azərbaycan İqtisadi İnkişaf Nazirliyi Aparatının rəhbəri Samir Vəliyev başçılıq edəcək. Nümayəndə heyətinə isə Sənaye və Energetika, Nəqliyyat nazirlikləri və Dövlət Gömrük Komitəsinin təmsilçiləri daxildir.
Bundan başqa, sentyabrın 25-26-da Bakıda CAREC Proqramı üzrə yüksək vəzifəli şəxslərin iclası keçiriləcək. Tədbirdə CAREC-in üzv ölkələrindən olan rəsmi şəxslər, habelə AİB-in Mərkəzi və Orta Asiya üzrə Departamentinin baş direktorunun müavini Şon O’Sallivan, Mərkəzi və Orta Asiya üzrə Əlaqələndirmə Departamentinin direktoru Robert Siy, Mərkəzi və Orta Asiya üzrə İnfrastruktur Departamentinin direktoru Honq Vanq və digər rəsmilər iştirak edəcəklər.
Qeyd edək ki, CAREC AİB-in Mərkəzi Asiyada regional əməkdaşlığa dair dəstəklədiyi təşəbbüsdür və onun icrasına 1997-ci ildə başlanılıb. Hazırda bu proqram nəqliyyat, ticarət siyasəti və energetika sahələrini əhatə edir. CAREC Proqramı ilə Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, İslam İnkişaf Bankı və BMT-nin İnkişaf Proqramı sıx əməkdaşlıq edir və bu qurumlar 2006-2008-ci illər ərzində energetika, nəqliyyat və ticarət sahələrində həyata keçirilən investisiya layihələrinin icrasına 2,3 mlrd. dollar həcmində 42 kredit ayırmağı planlaşdırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR