Bank Of Baku

Azərbaycanda Avropa məkanında rabitə tezliklərinin idarə olunması üzrə iclas keçirilir

Azərbaycanda Avropa məkanında rabitə tezliklərinin idarə olunması üzrə iclas keçirilir
# 22 sentyabr 2008 11:10 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu gün Bakıda Avropa Poçt və Telekommunikasiya Administrasiyalarının tezliklərin idarə olunması üzrə işçi qrupunun 64-cü toplantısı işə başlayıb. «APA-Economics»in məlumatına görə, sentyabrın 26-dək davam edəcək konfransda 40-a yaxın Avropa ölkəsinin nümayəndələri iştirak edir.
Toplantının açılış mərasimində çıxış edən Azərbaycan rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədovun sözlərinə görə, bu, Azərbaycanda təşkil olunan ilk iclasdır və gündəliyə daxil edilən məsələlər respublika üçün mühüm əhəmiyyət kəsb edir. «Tədbirdə 2007-ci ildə Cenevrədə qəbul olunmuş qərarların müzakirəsi, 2011-ci ilə hazırlıq və digər məsələlər müzakirə ediləcək. Toplantıda həmçinin Azərbaycanda 5 GH tezliyinin istifadə olunması və bölünməsi, bu tezliyin xüsusi istifadə zonasından tam mülki istifadəyə çevrilməsi məsələsi də müzakirəyə çıxarılacaq», - deyə nazir müavini vurğulayıb.
İ.Məmmədovun sözlərinə görə, gələcəkdə bu toplantının hansı ölkədə keçiriləcəyindən asılı olmayaraq, Azərbaycan nümayəndə heyəti həmin iclasda iştirak edəcək.
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət Radiotezliklər İdarəsinin baş mühəndisi İlham Əfəndiyevin sözlərinə görə, bu tədbirdə tezliklərin idarə olunması, müxtəlif rabitə sahələri üzrə bölgüsü və s. aktual məsələlər müzakirə olunacaq: «Artıq bundan sonra istehsalçılar bu görüşlərdə iştirak edərək iclasların nəticələrinə uyğun olaraq servis sahələrini müəyyənləşdirəcək. Tezliklərin sahələr üzrə bölgüsü isə həmin istehsalçılara öz istehsalını bu tezliklər üzərində qurmasına imkan verib».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR