Bank Of Baku

Bakı Beynəlxalq Dəniz Ticarət Limanında idxal yüklərinin qalığı 4,5 dəfə artıb

Bakı Beynəlxalq Dəniz Ticarət Limanında idxal yüklərinin qalığı 4,5 dəfə artıb
# 22 sentyabr 2008 11:57 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda dəniz nəqliyyatı vasitəsi ilə daşınan yüklərin həcmi 12,3% artaraq 7,6 mln. ton təşkil edib.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, yüklərin 65,8%-ni neft yükləri, 34,2%-ni isə quru yüklər təşkil edib və bütün daşımalar xarici əlaqə üzrə həyata keçirilib. Daha uzaq məsafələrə daşınmaların azalması səbəbindən yük dövriyyəsi 3,2% azalıb və 3,9 mlrd. ton-km təşkil edib. Bakı Beynəlxalq Dəniz Ticarət Limanında 3,7 min ton və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,6% çox yükləmə-boşaltma işləri yerinə yetirilib.
Bu ilin sentyabrın 1-nə olan vəziyyətə görə, limanda göndərilmək üçün 25,1 min ton və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,5 dəfə çox idxal yüklərinin qalığı olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR