Bank Of Baku

Azərbaycan www.odnoklassniki.ru saytında yerləşdirilmiş məlumatları araşdıracaq

Azərbaycan www.odnoklassniki.ru saytında yerləşdirilmiş məlumatları araşdıracaq
# 22 sentyabr 2008 12:27 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) Rusiyanın www.odnoklassniki.ru saytında respublikanın hərbi hissələrinin nömrəsi, təyinatı və dislokasiyası ilə bağlı yer almış məlumatlar araşdıracaq. «APA-Economics»in məlumatına görə, bunu rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov bildirib.
İ.Məmmədovun sözlərinə görə, bu tip məsələlər tək RİTN deyil, digər aidiyyəti dövlət orqanları tərəfindən baxılaraq araşdırılmalıdır: «Bu saytlarda olan məlumatların müəyyən hissəsi gerçəkliyi əks etdirir. Bu məsələlər tək bizim nazirlik tərəfindən deyil, aidiyyəti dövlət qurumları tərəfindən araşdırılacaq və bununla bağlı dəqiq fikir söyləniləcək».
Qeyd edək ki, www.odnoklassniki.ru saytının tanışlıq bölməsində istifadəçilər tərəfindən yaradılmış qruplarda Azərbaycanın hərbi hissələrinin nömrəsi, təyinatı və dislokasiya məntəqələri göstərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR