Bank Of Baku

Azərbaycanda İKT-nin inkişafı üzrə yeni Dövlət Proqramının hazırlanması yekunlaşır

Azərbaycanda İKT-nin inkişafı üzrə yeni Dövlət Proqramının hazırlanması yekunlaşır
# 22 sentyabr 2008 14:00 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin 2009-2012-ci illər üçün hazırladığı İKT-nin İnkişafı üzrə yeni Dövlət Proqramının layihəsi son variantda müzakirə edilir. «APA-Economics»in məlumatına görə, bunu rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov deyib.
Nazir müavininin sözlərinə görə, növbəti dövlət proqramının əsas özəyini elektron hökumətin formalaşdırılması, qurulması və onun tətbiqi ilə bağlı digər məsələlər təşkil edəcək. Sənədə 2008-ci ilədək icrası başa çatmayan layihələr də daxil ediləcək.
İ.Məmmədov bildirib ki, Azərbaycanda elektron imzanın tətbiqi üçün Milli Açıq Açar İnfrastrukturunun (PKİ) qurulması üçün artıq tender keçirilib. Tender prosedurasının başa çatmaq üzrə olduğu deyən nazir müavini qeyd edib ki, qalib şirkətlə müqavilənin imzalanması Azərbaycanda elektron imzanın tətbiqi, o cümlədən elektron hökumətin yaradılması üçün ən əsas elementinin həyata keçirilməsinə şərait yaradacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR