Bank Of Baku

Azərbaycanda dəmir yolu ilə yükdaşımaların həcmi 1% azalıb

Azərbaycanda dəmir yolu ilə yükdaşımaların həcmi 1% azalıb
# 22 oktyabr 2008 13:42 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 20,8 mln. ton yük daşınıb. Bu isə 2007-ci ilin analoji dövrü ilə müqayisədə 0,7% azdır.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, dəmir yolunda orta hesabla sutka ərzində yüklənən vaqonların sayı 3,5% azalıb, boşaldılan yük vaqonlarının sayı isə 10,7% artıb. Vaqonların orta sutkalıq yüklənməsi dəmir yolunun Şimal istiqaməti üzrə 8,7% azalma ilə, Qərb istiqaməti üzrə 11,9%, Cənub istiqaməti üzrə isə 13,9% çoxalma ilə müşahidə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR