Bank Of Baku

Yanvar-sentyabr aylarında Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımanın həcmi 11% azalıb

Yanvar-sentyabr aylarında Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımanın həcmi 11% azalıb
# 23 oktyabr 2008 07:41 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda ötən ilin müvafiq dövrü ilə müqayisədə hava nəqliyyatı ilə sərnişindaşımaların həcmi azalıb.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, cari ilin ilk 9 ayı ərzində hava nəqliyyatı ilə 1 mln. nəfər və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 10,6% az sərnişin daşınıb. Bu nəqliyyat növü ilə daşınmanın 92,8%-i dövlət bölməsinə, 7,2%-i isə özəl müəssisələrə məxsus hava gəmiləri ilə həyata keçirilib.
Qeyd edək ki, bu ilin sentyabr-oktyabr aylarında Zaqatala və Lənkəran rayonlarında yeni hava limanları inşa olunaraq istismara verilib. Bununla da ölkədə hava limanlarının sayı 5-ə çatdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR