Bank Of Baku

Bakı Beynəlxalq Dəniz Ticarət Limanında idxal yüklərinin qalığı 4 dəfədən çox artıb

Bakı Beynəlxalq Dəniz Ticarət Limanında idxal yüklərinin qalığı 4 dəfədən çox artıb
# 23 oktyabr 2008 08:42 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda dəniz nəqliyyatında daşınan yüklərin həcmi 12,6% artaraq 8,5 mln. ton təşkil edib.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, yüklərin 67,6%-ni neft yükləri, 32,4%-ni isə quru yüklər təşkil edib və bütün daşımalar xarici əlaqələr üzrə həyata keçirilib.
Cari ilin ilk 9 ay ərzində Bakı Beynəlxalq Dəniz Ticarət Limanında 4,1 min ton və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,6% az yükləmə-boşaltma işləri yerinə yetirilib. Bu ilin oktyabr ayının 1-i vəziyyətinə limanda göndərilmək üçün 28,5 min ton və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,4 dəfə çox idxal yüklərinin qalığı olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR