Bank Of Baku

Bakı-Qars-Bakı sərnişin aviareysi sabahdan dayandırılır

Bakı-Qars-Bakı sərnişin aviareysi sabahdan dayandırılır
# 23 oktyabr 2008 09:51 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin oktyabr ayının 24-dən etibarən Azərbaycanın «Turan Air» aviaşirkəti Bakı-Qars (Azərbaycan-Türkiyə) marşrutu ilə sərnişin aviareysinin icrasını dayandıracaq. Bu barədə «APA-Economics»ə «Turan Air» şirkətindən məlumat verilib.
Şirkət rəsmiləri bildirib ki, payız-qış mövsümündə Qars şəhərində müşahidə olunan soyuq hava şəraiti ilə əlaqədar şirkətin cari məsrəfləri və texniki xidmətlə bağlı xərcləri artır. Bu da şirkətə sərfəli olmadığı üçün «Turan Air» aviareysi yalnız yaz-yay mövsümündə həyata keçirməyə qərara alıb: «Hazırda Qars hava limanında axşam saatlarında şaxtalı hava müşahidə olunur və bunun nəticəsində limandan əlavə resurslar tələb etmək məcburiyyətində qalırıq. Bu isə şirkət üçün sərfəli deyil. Sabah Bakı-Qars marşrutu ilə sonuncu reys yerinə yetiriləcək. Biz elə qərara gəldik ki, Bakı-Qars aviareysini mövsümi yerinə yetirək və gələn ilin yaz aylarında reyslər bərpa olunacaq».
Qeyd edək ki, Bakı-Qars marşrutu ilə sərnişin aviareysləri həftənin I və V günləri Bakı vaxtı ilə saat 09:10 yerinə yetirilir. Aviabiletin qiyməti 116 manat (Bakı-Qars) təşkil edir.
Xatırladaq ki, hazırda «Turan Air» şirkəti Bakıdan Yekaterinburqa (Rusiya), Novosibirskə (Rusiya), Gəncədən isə Moskva (Rusiya) və İstanbul (Türkiyə) şəhərlərinə uçuşlar yerinə yetirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR