Bank Of Baku

«Akkord» şirkəti gələn il Bakı və Abşeronda 58 yaşayış binası istifadəyə verəcək

«Akkord» şirkəti gələn il Bakı və Abşeronda 58 yaşayış binası istifadəyə verəcək
# 23 oktyabr 2008 09:56 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın «Akkord İnşaat Sənaye» tikinti şirkəti 2009-cu il ərzində Bakı və Abşeron yarımadasında təxminən 60 yaşayış binası istifadəyə verəcək. Bu barədə «APA-Economics»ə şirkətin memarlıq və dizayn departamentindən məlumat verilib.
Cari il ərzində «Akkord İnşaat Sənaye» şəhərin müxtəlif yerlərində 2 bloklu 20 mərtəbəli, 2 bloklu 16 mərtəbəli, 8 bloklu 20 mərtəbəli və digər yaşayış binalarını istifadəyə verib. Cari ilin noyabr ayının sonunda isə daha bir 20 mərtəbəli 1 bloklu binanın istifadəyə verilməsi planlaşdırılır.
Qeyd edək ki, gələn il ərzində hazırda tikintisi davam etdirilən «Etalon» (18-20 mərtəbəli 8 bina), Bakıxanov qəsəbəsindəki (20 mərtəbəli 8 bina), «Gənclər şəhərciyi» (12 mərtəbəli 34 bina) və «Kosmos» (19-20 mərtəbəli 8 bina) yaşayış kompleksləri də istifadəyə veriləcək.
Qeyd edək ki, «Akkord» Şirkətlər Qrupuna daxil olan «Akkord İnşaat Sənaye» şirkəti 2005-ci ildən fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR