Bank Of Baku

«Azercell»in daha iki abonenti «Toyota» avtomobili udub

«Azercell»in daha iki abonenti «Toyota» avtomobili udub
# 24 oktyabr 2008 13:27 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Azərbaycanın aparıcı mobil rabitə operatoru olan «Azercell Telecom» şirkətinin keçirdiyi «Yubiley hədiyyələri» kampaniyasının qalibi olmuş daha iki nəfər «Toyota Corolla» avtomobili qazanıb.
Avtomobillərin təqdim etmə mərasimində çıxış edən «Azercell»in vitse-prezidenti Ali Ağan bildirib ki, kampaniya bu ilin iyunun 1-dən avqustun 31-dək keçirilib. Kampaniya çərçivəsində 10 maşın və 10 mln. pulsuz dəqiqə oynanılıb. «Azercell»in «SimSim»in 10 illiyinə həsr etdiyi kampaniyada uduşa çıxarılan maşınlardan ikisinin sahibi hələ bəlli deyil.
Şirkətin vitse-prezidentinin sözlərinə görə, indiyə qədər keçirdikləri «Milyonların kampaniyası», «10 il kampaniyası», «1001 hədiyyə» və digər kampaniyalar çərçivəsində artıq 10 «Azercell» abonenti 2 otaqlı mənzil, 1 nəfər «BMW» avtomobili, minlərlə insan kompüter, video kamera, musiqi pleyeri, mobil telefon və s. bu kimi qiymətli hədiyyələr qazanıb. A.Ağan «Azercell» şirkətinin gələcəkdə də yeni kampaniyalar keçirməyi planlaşdırdığını vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR