Bank Of Baku

Yaxın vaxtlarda Azərbaycanın dəmir yolunda bilet satışı sistemi elektronlaşdırılacaq

Yaxın vaxtlarda Azərbaycanın dəmir yolunda bilet satışı sistemi elektronlaşdırılacaq
# 24 oktyabr 2008 13:31 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Yaxın bir il ərzində Azərbaycan Dövlət Dəmir Yolunda (ADDY) sərnişin qatarlarına bilet satışı sistemində köklü dəyişikliklər olacaq. Bu barədə «APA-Economics»ə ADDY-nin mətbuat xidmətinin rəisi Nadir Əzməmmədov məlumat verib.
N.Əzməmmədovun sözlərinə görə, 2009-cu ilin əvvəlindən ölkədaxili bəzi sərnişin qatarlarında gediləcək məntəqə və geriyə bilet satışının həyata keçirilməsinə başlanılacaq. Məsələn, sərnişin Bərdədən Bakıya, həm də əks istiqamətə qayıtmaq üçün bilet ala biləcək.
N.Əzməmmədovun bildirdiyinə görə, ilk olaraq bu sistem Böyük Kəsik-Gəncə-Böyük Kəsik istiqamətində təşkil olunacaq. Bu sistem ikinci mərhələdə Bakı-Yalama-Bakı, üçüncü mərhələdə Bərdə-Yevlax-Hacıqabul-Balakən, dördüncü mərhələdə isə Bakı-Horadiz-Bakı istiqamətini əhatə edəcək.
«Bu sistem qurulandan sonra bilet satışı tam şəkildə elektronlaşacaq. Sistemin bir sıra üstünlükləri var. Məsələn, vətəndaş Horadiz stansiyasından Bakı-Tiflis və ya Bakı-Moskva, yaxud hər hansı ölkədaxili sərnişin qatarına belə bilet ala biləcək. Hazırda isə vətəndaşlar bunun üçün Bakıya gəlməli olurlar», - deyə N.Əzməmmədov vurğulayıb.
Qeyd olunan sistemə tam keçid 2010-cu ilədək başa çatacaq. Hazırda ölkədaxili stansiyalarda bununla bağlı proqramlar qurulur.
Xatırladaq ki, hazırda ADDY-də «Ekspress» Avtomatik İdarəetmə Sistemi mövcuddur. Proses başa çatandan sonra dəmiryolunda elektron biletlərin satışı prosesinə keçid başlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR