Bank Of Baku

AZAL yanacaq rezervuarlarının tikintisinə dair tender keçirir

AZAL yanacaq rezervuarlarının tikintisinə dair tender keçirir
# 07 noyabr 2008 12:33 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. «Azərbaycan Hava Yolları» QSC-nin (AZAL) «Azaloil» Yanacaq-Sürtgü Materialları İdarəsi aviasiya və avtomobillər üçün yanacağın saxlanılması üçün istifadə olunan üfüqi rezervuarların hazırlanmasına dair açıq tender elan edib.
Tender Komissiyasından «APA-Economics»ə verilən məlumata görə, tenderdə iştirak etmək istəyənlər 125 manat məbləğində iştirak haqqı ödəməlidir. İddiaçılar sənədlərini bu ilin dekabr ayının 16-dək, tender təkliflərini isə dekabrın 24-dək təqdim etməlidirlər.
Qeyd edək ki, təkliflər zərflərinin açılma prosedurası dekabrın 25-də keçiriləcək.
Əlaqə telefonu: (+994 12) 497-26-00.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR