Bank Of Baku

Almaniyanın AMG şirkəti 10 illik yubileyini yeni avtomobil modelinin buraxılması ilə qeyd edir

Almaniyanın AMG şirkəti 10 illik yubileyini yeni avtomobil modelinin buraxılması ilə qeyd edir
# 10 noyabr 2008 13:03 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Almaniyanın «Mercedes-Benz» konserninin bölməsi olan AMG şirkəti 10 illik yubileyini yeni «Mercedes ML 63 AMG» xüsusi modelinin buraxılması ilə qeyd edir.
«APA-Economics»in məlumatına görə, düz on il bundan öncə AMG şirkəti ilk dəfə olaraq «Mercedes ML» modelinin tamamlanmasını öz üzərinə götürüb. Yubiley ərəfəsində buraxılacaq yeni model «10th Anniversary» adını daşıyır və adi «ML 63 AMG» modelindən fərqlənir. Belə ki, yeni modelin çəkisi, salonu, kapotu, buferi və digər ayrı-ayrı hissələri hazırkı «ML 63 AMG» modelindən fərqlidir. Texniki göstəricilərinə görə isə yeni model fərqlənmir və eyni ilə 510 at gücünə malik olan mühərriklə təchiz olunub. Avtomobil 100 km/saat sürətini 5 saniyəyə yığır.
Yeni modelin satış qiyməti hələ məlum olmasa da, «10th Anniversary»nin qiymətinin hazırkı «ML 63 AMG» modelindən bir qədər yüksək olacağı istisna edilmir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR