Bank Of Baku

Sabah Azərbaycanda «BakuTel-2008» beynəlxalq İKT sərgisi işə başlayır

Sabah Azərbaycanda «BakuTel-2008» beynəlxalq İKT sərgisi işə başlayır
# 10 noyabr 2008 13:33 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA-Economics. Noyabrın 11-də Bakıda Böyük Britaniyanın «İTE Croup» sərgi şirkəti və onun Qafqazdakı tərəfdaşı «İteca Caspian» şirkətinin təşkilatçılığı ilə XIV Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisinin (BakuTel-2008) açılış mərasimi keçiriləcək.
«APA-Economics»in məlumatına görə, Azərbaycanın rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bu münasibətlə keçirilən mətbuat konfransında bildirib ki, Xəzər regionunda informasiya-kommunikasiya texnologiyaları sahəsində ən böyük sərgi olan «BakuTel»i Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, BMT, Beynəlxalq Telekommunikasiya İttifaqı, Rabitə Sahəsində Regional Əməkdaşlıq Birliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu dəstəkləyir. Sərginin Azərbaycanın dövlət başçısının himayəsi ilə keçirildiyini xatırladan E.Vəlizadə açılış mərasimində 15-dən çox ölkənin rəsmi şəxsləri və biznes qurumlarının nümayəndələrinin iştirakı ilə keçiriləcəyini söyləyib.
Nazir müavininin sözlərinə görə, sərgi çərçivəsində Regional Nazirlər Toplantısı keçiriləcək. E.Vəlizadə bildirib ki, Bolqarıstandan Pakistana qədər olan ərazidə yüksək sürətli informasiya magistralının olmaması bu regionda İnternetin qiymətinin yüksək olmasına təsir göstərir. Nazirlər toplantısının keçirilməsində də məqsədin Azərbaycan daxil olmaqla, bu regionda yüksək sürətli informasiya magistralının yaradılması və onun dünya informasiya magistralına birləşdirilməsiolduğunu vurğulayıb. Toplantıda Bolqarıstandan Pakistana qədər olan ərazidə yerləşən ölkələr, eyni zamanda digər dövlətlər iştirak edəcək. Sərgi çərçivəsində Azərbaycan-İsrail, Azərbaycan-Estoniya seminarları, Azərbaycan-Kaliforniya biznes forumu keçiriləcək.
«BakuTel»in meneceri Rəna Abutalıbova bildirib ki, sərgidə ABŞ, Fransa, Almaniya, Türkiyə, İsrail, Rusiya, Çin və s. daxil olmaqla, 21 ölkədən 105 şirkət iştirak edəcək. Noyabrın 14-də tamamlanacaq sərgi iştirakçılarının 40%-i yerli şirkətlərdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR