Bank Of Baku

Dünya Bankının daşınmaz əmlakın qeydiyyatı layihəsi üzrə missiyası Azərbaycana gəlib

Dünya Bankının daşınmaz əmlakın qeydiyyatı layihəsi üzrə missiyası Azərbaycana gəlib
# 10 noyabr 2008 13:41 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Azərbaycanda «Daşınmaz əmlakın qeydiyyatı Layihəsi»nin icrasına nəzarəti həyata keçirmək məqsədilə Dünya Bankının (DB) missiyasının Bakıya səfəri başlayıb. Bu layihə Azərbaycan hökuməti ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (IBRD - Dünya Bankı Qrupunun üzvü) arasında imzalanmış kredit sazişi əsasında həyata keçirilir. Bu barədə «APA-Economics»ə DB-nın Bakı ofisindən məlumat verilib.
«Səfər çərçivəsində DB-nın missiyası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində görüşlər keçirəcək, layihənin gedişi ilə tanış olacaq», - deyə DB-nın Bakı ofisindən bildirilib.
Missiyaya DB-nın qrup rəhbəri Geyvin Adlinqton başçılıq edir. Layihəyə hazırlıq çərçivəsində görülən işlərin, həmçinin layihənin icrası istiqamətində həyata keçirilən tədbirlərin ümumi qiymətləndirilməsi aparılacaq. Missiyanın səfəri noyabrın 17-dək davam edəcək.
Qeyd edək ki, ötən ilin noyabr ayında Bakıda səfərdə olan missiya üzvləri 2007-ci ilin sonuna qədər əldə edilmiş nəticələr haqqında müsbət rəylə çıxış edərək layihənin icrası prosesinin sürətləndirilməsi, səmərəliliyin artırılmasına dair bir sıra tövsiyə irəli sürüblər.
Xatırladaq ki, icrasına bir il öncə başlanmış «Daşınmaz əmlakın qeydiyyatı Layihəsi» təxminən 4-5 ili əhatə edir. Layihənin icrası məqsədi ilə IBRD Azərbaycan hökumətinə 20 il müddətinə 25 mln. ABŞ dolları həcmində kredit ayırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR