Bank Of Baku

«Azercell» şirkəti Bakıda keçirilən beynəlxalq İKT sərgisində ziyarətçilərə işə düzəlmək imkanı yaradıb

«Azercell» şirkəti Bakıda keçirilən beynəlxalq İKT sərgisində ziyarətçilərə işə düzəlmək imkanı yaradıb
# 11 noyabr 2008 06:52 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Azərbaycanın aparıcı mobil rabitə operatoru olan «Azercell Telecom» şirkəti Bakıda bu gün işə başlayan XIV Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisində (BakuTel-2008) iştirak edir.
Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, «Azercell»in iki stendində sərgi iştirakçılarına bazarda tətbiq etdiyi son texnoloji yeniliklər, təklif etdiyi unikal xidmətlər təqdim ediləcək. «Azercell»in əsas stendində şirkətin yeni korporativ brendi – «Bizi Birləşdirən Dəyər» və ən son texnologiyaların təqdimatı olacaq.
Korporativ müştərilər üçün nəzərdə tutulan ikinci stenddə isə «Azercell»in korporativ seqment üçün təqdim etdiyi xidmətlər barədə məlumatlar veriləcək.
«Azercell»də işə düzəlmək istəyənlər sərgi zamanı stenddə olacaq şirkətin insan qaynaqları şöbəsinin əməkdaşlarına CV-lərini təqdim edə bilər. Əvvəlki sərgilərdən fərqli olaraq, bu dəfə «Azercell» tərəfindən oyun da keçiriləcək. Sərgi ziyarətçiləri 10 «Swatch» saatı, 20 «Sony Ericsson W 880I» mobil telefonu və 50 «Apple Ipod Nano» qazanmaq imkanı əldə edəcəklər.
Qeyd edək ki, Böyük Britaniyanın «İTE Croup» sərgi şirkəti və onun Qafqazdakı tərəfdaşı «İteca Caspian» şirkətinin təşkilatçılığı ilə bu gün Bakıda işə başlayan XIV Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisi (BakuTel-2008) noyabrın 14-də tamamlanacaq.
Azərbaycanın ən iri mobil rabitə operatoru olan «Azercell Telecom» Birgə Müəssisəsi 1996-cı ildə yaradılıb. Şirkət fəaliyyət göstərdiyi müddətdə Azərbaycana 700 mln. dollara yaxın sərmayə yatırıb. Şirkətin nizamnamə kapitalındakı 35,7%-lik dövlət payı bu ilin fevralında 180 mln. ABŞ dollarına «Azertell Telekommunikasyon Yatırım Dış Ticaret A.Ş.» şirkəti tərəfindən özəlləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR