Bank Of Baku

«Xalq kompüteri layihəsi»nin icrasına növbəti ildən başlanacaq

«Xalq kompüteri layihəsi»nin icrasına növbəti ildən başlanacaq
# 11 noyabr 2008 14:47 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Gələn ildən Azərbaycanda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, ABŞ-ın «Microsoft» və «İntel» şirkətlərinin dəstəyi ilə «Xalq kompüteri layihəsi»nin icrasına başlanacaq.
«APA-Economics»in məlumatına görə, Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib ki, layihənin əsas məqsədi əhalinin istifadə etdiyi kompüterlərin sayını artırmaqdır. Buna isə Azərbaycanda kompüter istehsalının genişləndirilməsi və kompüterlərin qiymətinin aşağı salınması ilə nail olmaq mümkündür.
Nazirin sözlərinə görə, «Xalq kompüteri layihəsi» artıq hökumətə təqdim olunub və «Microsoft» və «İntel» şirkətləri layihənin icrasına hazır olduqlarını bildirib. «Hazırda Azərbaycan hökuməti kompüterlərin güzəştli şərtlərlə kreditə verilməsi məsələsini müzakirə edir. Ümid edirəm ki, yaxın zamanlarda buna da dəstək alacağıq və gələn ildən artıq layihənin icrasına başlanacaq», - deyə Ə.Abbasov vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR