Bank Of Baku

«Azercell» şirkəti Tayvan, Litva, Lüksemburq və Macarıstanın mobil rabitə operatorları ilə GPRS/MMS rouminq sazişi imzalayıb

«Azercell» şirkəti Tayvan, Litva, Lüksemburq və Macarıstanın mobil rabitə operatorları ilə GPRS/MMS rouminq sazişi imzalayıb
# 13 noyabr 2008 10:33 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın aparıcı mobil rabitə operatoru olan «Azercell Telecom» şirkəti GPRS/MMS rouminq xidmətinin əhatə dairəsini genişləndirib.
Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, «Azercell» Tayvanın «FarEasTone», Litvanın «Bite», Lüksemburqun «P&T» və Macarıstanın «Pannon» operatorları ilə GPRS/MMS rouminq xidməti istifadəyə verib.
Qeyd edək ki, bu, «Azercell»in Tayvan, Litva və Lüksemburq ilə birinci, Macarıstanla isə ikinci rouminq müqaviləsidir. «Azercell» abonentləri hazırda Macarıstanın «Vodafone» operatorunun xidmətindən yararlanır. İndiyədək «Azercell Telecom» 68 ölkənin mobil rabitə operatorları ilə 158 GPRS/MMS rouminq sazişi bağlayıb.
Xatırladaq ki, 1996-cı ildən fəaliyyətə başlayan «Azercell Telecom» şirkətinin hazırda 3,5 mln. abunəçisi mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR