Bank Of Baku

Bu il Ukraynadan Azərbaycana 232 ədəd «Bogdan Isuzu» avtobusu gətirilib

Bu il Ukraynadan Azərbaycana 232 ədəd «Bogdan Isuzu» avtobusu gətirilib
# 14 noyabr 2008 07:54 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Ukraynanın «Bogdan» avtomobil şirkəti 2008-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana 232 ədəd «Bogdan Isuzu» avtobusu göndərib. «APA-Economics»in Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bunu şirkətin mətbuat katibi Sergey Krasulya bildirib.
Cari ilin 10 ayı ərzində «Boqdan» şirkəti xaricə ixracı ötən ilin müvafiq dövrünə nisbətən 58,8% artıraraq 1 799 avtobusa çatdırıb. Bu dövrdə Azərbaycandan əlavə Rusiyaya 968, Belarusa 294, Gürcüstana 274 avtobus ixrac olunub. Şirkətin avtobus sifarişi aldığı ölkələr arasında Qazaxıstan və Moldova da var.
Qeyd edək ki, Azərbaycan Nəqliyyat Nazirliyinin nümayəndə heyəti bu ilin sentyabr ayında Ukraynanın «Bogdan» avtomobil şirkətinin Lutsk və Çerkassk şəhərlərindəki istehsal sahələri ilə tanış olub. Azərbaycan «Bogdan» şirkətinin istehsalı olan şəhər nəqliyyatına aid kiçik tutumlu avtobuslar, məktəblilərin və turistlərin daşınması üçün nəqliyyat vasitələrinə maraq göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR