Bank Of Baku

Azərbaycanda ilin sonunadək 73 yeni poçt şöbəsi binası tikiləcək

Azərbaycanda ilin sonunadək 73 yeni poçt şöbəsi binası tikiləcək
# 14 noyabr 2008 09:23 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Azərpoçt» Dövlət Müəssisəsi 2008-ci ilin yanvar-oktyabr ayları ərzində 103 poçt obyektində təmir tikinti işləri aparıb. Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, onun 83-də tikinti, 20-də əsaslı təmir işləri həyata keçirilib.
Hesabat dövründə həmçinin 10 yeni poçt şöbəsinin binası tikilib, 7 poçt şöbəsi, 4 poçtamt binaları isə əsaslı təmir olunaraq istismara verilib. İlin sonuna qədər isə 73 yeni poçt şöbəsi binasının tikintisi, 7 binanın əsaslı təmir işlərinin başa çatdırılması gözlənilir.
Bu günlərdə isə Şəmkir və Ağdaşda iki, Salyanda isə bir poçt şöbəsi binalarının açılış mərasimləri keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR