Bank Of Baku

Azərbaycanda yeni noutbukların istehsalına başlanılıb

Azərbaycanda yeni noutbukların istehsalına başlanılıb
# 17 noyabr 2008 08:25 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın fərdi kompüter avadanlıqları istehsalçısı olan «KÜR» müəssisəsi yeni noutbukların istehsalına başlayıb. Bu barədə «APA-Economics»ə «KÜR» şirkətinin elmi texniki mərkəzinin rəisi İlkin Süleymanov məlumat verib.
İ.Süleymanovun sözlərinə görə, «Casper» brendi altında istehsal olunan noutbuklar 10, 12 və 15,1 düymə bərabərdir və bu noutbukların artıq cari ilin sonunda satışa çıxarılması planlaşdırılır.
«Bundan başqa, bizim zavod uşaqlar üçün yeni oyun kompüterinin istehsalına başlayıb. Kompüter oyuna uyğun olaraq «Formula-1» adını daşıyır. Yeni oyun kompüteri də 2008-ci ilin sonunda satışa çıxarılacaq», - deyə İ.Süleymanov bildirib.
Qeyd edək ki, «KÜR» elektron avadanlıqları istehsalat müəssisəsi 2005-ci ildə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və «SİNAM» şirkəti tərəfindən Mingəçevir şəhərində yaradılıb. Müəssisə Cənubi Qafqaz və Mərkəzi Asiyada konveyer üsulu ilə kompüter istehsalı ilə məşğul olan ilk istehsalat müəssisəsidir. Hazırda «KÜR» müəssisəsində «KÜR» və Hewlett Packard (HP) ticarət markaları altında kompüterlər yığılır. Müəssisənin Bakı, Sumqayıt, Gəncə, Ağdaş, Goranboy, Şəki, Yevlax və Göyçayda nümayəndəlikləri fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR