Bank Of Baku

Bakı Metropoliteninin perspektiv inkişafı üzrə texniki-iqtisadi əsaslandırmanın hazırlanmasına dair tender keçirilir

Bakı Metropoliteninin perspektiv inkişafı üzrə texniki-iqtisadi əsaslandırmanın hazırlanmasına dair tender keçirilir
# 17 noyabr 2008 08:33 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bakı Metropoliteni müəssisənin perspektiv inkişafı üzrə layihə-axtarış işlərinin texniki-iqtisadi əsaslandırılmasının hazırlanması, layihə qabağı təklifin təqdim olunması, seçilmiş sxemin sonrakı layihəsi üzrə açıq tender elan edib.
Tender Komissiyasından «APA-Economics»ə verilən məlumata görə, tenderə əsasən beynəlxalq arenada, eləcə də postsovet məkanında son 5 il ərzində oxşar layihə (ən azı 3 layihə) işlərində təcrübəsi olan şirkətlər və ya konsorsiumlar dəvət olunur.
Müsabiqədə iştirak etmək istəyənlər 1 000 manat məbləğində iştirak haqqı ödəməlidir. İddiaçılar sənədlərini bu ilin dekabrın 4-dək, tender təkliflərini isə dekabrın 12-dək təqdim etməlidirlər.
Qeyd edək ki, təkliflər zərflərinin açılma prosedurası dekabrın 15-də keçiriləcək.
Xatırladaq ki, bu ilin noyabr ayının 10-da Azərbaycan prezidenti tərəfindən «Bakı Metropoliteninin perspektiv inkişafı ilə bağlı bəzi tədbirlər haqqında» sərəncam imzalayıb.
Əlaqə telefonu: (+994 12) 510-75-03.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR