Azərbaycanda dövlət əmlakının idarə edilməsinin informasiya sistemi qurulacaq
Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsindən (DƏİEDK) «APA-Economics»ə verilən məlumata görə, səfər çərçivəsində layihənin icrası ilə bağlı komitənin fəaliyyət dairəsinə aid dövlət əmlakının idarə edilməsi və registri sahəsində yeni sistemlərin yaradılması, komitənin informasiya-kommunikasiya sisteminin hazırlanması, regional ofislərin təmiri kimi məsələlər müzakirə edilib. DƏİEDK və DB-nın nümayəndələrinin görüşü çərçivəsində qeyd olunub ki, bu layihənin əsas məqsədlərindən biri dövlətə məxsus daşınmaz əmlakın idarə edilməsi və istifadəsi sahəsində şəffaf və səmərəli sistemlərin yaradılması, habelə daşınmaz dövlət əmlakının vahid və mərkəzləşdirilmiş qeydiyyatı sisteminin təkmilləşdirilməsidir. Belə ki, layihə çərçivəsində komitədə dövlət əmlakının qeydiyyatı ilə bağlı fəaliyyətdə olan Milli Avtomatlaşdırılmış Əmlak Sisteminin yeniləşdirilməsi, sistemin əməliyyatlar siyahısının genişlənməsi, yeni texniki vəzifələrin icrası, habelə, texniki və proqram təminatının modernləşdirilməsi, digər dövlət orqanları ilə avtomatlaşdırılmış informasiya əlaqələrinin qurulması işləri aparılacaq.
Həmçinin, dövlət əmlakının idarə edilməsinin informasiya sisteminin qurulması da nəzərdə tutulur. Burada komitənin bütün yerli ofisləri, tabeli qurumları və mərkəzi aparatı arasında bütün idarəetmə proseslərini (və ya biznes prosseslərini) özündə birləşdirən İKT sistemi yaradılacaq. Bunun üçün mükəmməl proqram təminatı və şəbəkə sistemi hazırlanacaq, yeni texnologiyalar və texniki avadanlıqlar əldə ediləcək.
Bundan başqa, keçirilən görüşlərdə komitənin institusional potensialının gücləndirilməsi və inzibatçılığın təkmilləşdirilməsi sahəsində də həyata keçiriləcək işlər ətrafında fikir mübadiləsi aparılıb və bildirilib ki, komitənin regional ofislərinin təmiri, bəzi inventarlaşdırma və ölçmə avadanlıqlarının alınması, inzibatçılıq proseslərinin (sənəd dövriyyəsi, kadr, mühasibat sənədləşmələri və s.) avtomotlaşdırılması, komitənin inkişaf strategiyası, elektron sənəd dövriyyəsi sisteminin qurulması məsələləri dəstəklənəcək.
Layihə çərçivəsində kadrların peşəkarlıq səviyyəsinin artırılması məsələləri də müzakirə olunub. Belə ki, layihə çərçivəsində komitədə insan resurslarının inkişafı məqsədilə personal üçün geniş treninq proqramları, seminarlar və təlim səfərləri nəzərdə tutulur. «Daşınmaz əmlakın qeydiyyatı Layihəsi»nin tətbiqi nəticəsində dövlət əmlakının operativ və səmərəli idarəetmə mexanizminin qurulması, bu sahədə dövlətin gəlirlərinin və sosial faydaların artırılmasına nail olunacaq.
Qeyd edək ki, ötən ilin noyabr ayında Bakıda səfərdə olan missiya üzvləri 2007-ci ilin sonuna qədər əldə edilmiş nəticələr haqqında müsbət rəylə çıxış edərək layihənin icrası prosesinin sürətləndirilməsi, səmərəliliyin artırılmasına dair bir sıra tövsiyə irəli sürüblər.
Xatırladaq ki, icrasına bir il öncə başlanmış «Daşınmaz əmlakın qeydiyyatı Layihəsi» təxminən 4-5 ili əhatə edir. Layihənin icrası məqsədi ilə IBRD (Dünya Bankı qrupunun üzvü) Azərbaycan hökumətinə 20 il müddətinə 25 mln. ABŞ dolları həcmində kredit ayırıb.
İnfrastruktur
Sənədsiz evlər üçün amnistiya elan edilməsi təklif olunub
Taksi sürücülərinin qeydiyyatı zamanı məlumatların yoxlanılması avtomatlaşdırılır
AZAL iyunun ilk yarısında Naxçıvan istiqamətində 47 mindən çox sərnişinin daşınmasını təmin edib
ADY və Asiya İnfrastruktur İnvestisiya Bankı arasında əməkdaşlıq istiqamətləri müzakirə edilib
Xəbər Lenti
Növbəti köç karvanı Xankəndi şəhərinə çatıb, açarlar təqdim olunub- YENİLƏNİB-1
Ağdamda avtomobil 4 piyadanı vurub - YENİLƏNİB
Sədr müavini: Aqrar sahədə Dövlət Proqramının icrası üçün Qazax-Tovuz iqtisadi rayonunda geniş imkanlar var
Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim
Prezident Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Azərbaycan ŞƏT-in energetika nazirlərinin 6-cı iclasında təmsil olunub
ADSEA: Aqrar sahənin dayanıqlı inkişafı üçün etibarlı su təminatı həlledici əhəmiyyət daşıyır
“Media savadlılığı haqqında” qanunun qəbulu təklif edilib
Zaqatalada qətl törədilib - YENİLƏNİB
Azərbaycanda sümük iliyi donor bankının yaradılması təklif olunub
Bakıda piyada və yeraltı keçidlərdən istifadə ilə bağlı tədbirlər keçirilib - VİDEO
Azərbaycan 61 mln. dollara yaxın Gürcüstan məhsulu tədarük edib
Karapetyanın bloku seçkilərin nəticələrinin ləğvi tələbi ilə Konstitusiya Məhkəməsinə müraciət edib
Ölkədə 2030-cu ilə qədər süd istehsalının 10 faiz, mal əti istehsalının 20 faiz artırılması hədəflənib
Vilayət Eyvazov xidmətə qəbul üçün sıra baxışı keçirib - VİDEO
Azərbaycan vətəndaşlarının vizasız getdiyi ölkələrin sayı açıqlanıb
İlhamə Qədimova: Məhsulu beynəlxalq bazarların standartlarına uyğun təqdim etməliyik
Kənd təsərrüfatında pivot, damlama və sprinkler suvarma sistemlərinin tətbiqi genişləndiriləcək
Gürcüstan Azərbaycandan idxalı 25%-ə yaxın artırıb
Azərbaycanla Ekvador qarşılıqlı diplomatik və xidməti pasport sahiblərini viza tələbindən azad edir
Məhkəmə Ekspertizası Mərkəzi ilə AzMİU arasında memorandum imzalanıb
Sənədsiz evlər üçün amnistiya elan edilməsi təklif olunub
Malların anbarlarda saxlanılması gömrük orqanının icazəsi ilə həyata keçiriləcək
Sadələşdirilmiş gömrük əməliyyatlarının əhatə dairəsi müəyyənləşir
İlhamə Qədimova: Buğda istehsalında məhsuldarlığın artırılması üçün yalnız subsidiya kifayət deyil
Naxçıvan MR-də Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət orqanı statusuna malik olacaq
Gömrük borcu olan xarici ticarət iştirakçılarının Azərbaycandan çıxışının məhdudlaşdırılması qaydası müəyyənləşir
Pirat və ya kontrafakt mallardan dövlətin xeyrinə imtina oluna bilinəcək
Rüsumsuz ticarət xüsusi gömrük proseduru və onun əhatə dairəsi müəyyənləşir
Malların gömrük dəyəri milli valyuta ilə bəyan ediləcək
Diplomatik heyət üzvləri üçün yeni güzəşt müəyyənləşir
Səlahiyyətli İqtisadi Operator institutu təkmilləşdirilir, reyestr yaradılacaq
“Broker” anlayışı dolayı və birbaşa gömrük təmsilçiliyi ilə əvəz edilir, reyestr yaradılacaq, lisenziya ləğv ediləcək
Milli Məclis ötən il dövlət büdcəsinin icrası haqqında qanun layihəsini ikinci oxunuşda qəbul edib
Nazir müavini: Məhsuldarlığın maksimum artırılması aqrar sahənin qarşısında duran əsas vəzifələrdəndir
Zahid Oruc: Yaxın illərdə Bakıdan qatarla Zəngəzur üzərindən Naxçıvana, Türkiyəyə getmək mümkün olacaq
Culfada 1 həftə əvvəl yanğında xəsarət alan qadın ölüb - FOTO - YENİLƏNİB-1
Prezidentin köməkçisi: Kənd təsərrüfatı ilə bağlı Dövlət Proqramında konkret hədəflər müəyyən edilib
DGK: İlin əvvəlindən 24 mindən çox maşın gömrükdə rəsmiləşdirilib
PA-nın şöbə müdiri: Tətbiq olunan yeni subsidiya mexanizmləri dayanıqlı inkişafı təşviq edir
Natiq Əmirov: Aqrar sahəyə dövlət dəstəyi artırılıb
Aqrar sahədə Dövlət Proqramı çərçivəsində Şəmkirdə regional müşavirə keçirilir - FOTO
Gürcüstanda son üç həftədə koronavirusa yoluxma aşkarlanıb
Milli Məclisin iclası başlayıb
Bu il aksizli mallarla bağlı 1072 hüquqpozma faktı aşkarlanıb, 97 min manatdan çox cərimə tətbiq olunub
FHN qeyri-çimərlik ərazilərdən istifadə ilə əlaqədar əhaliyə müraciət edib
İyunda qeyri-çimərlik ərazilərdə 12 nəfər batıb
Azərbaycanın uğur modeli sabitlik, etibarlılıq və uzaqgörən inkişaf strategiyasına əsaslanır - RƏY
Qanunsuz saxlanılan silahlar aşkarlanıb
Konstitusiya Məhkəməsi borc müqaviləsinə dair parlamentə tövsiyə ünvanlayıb