Bank Of Baku

Əli Abbasov: «Azərbaycanda şəhərdaxili telefon danışıqlarının ödənişli sistemə keçirilməsi məsələsinə gələcəkdə baxıla bilər»

Əli Abbasov: «Azərbaycanda şəhərdaxili telefon danışıqlarının ödənişli sistemə keçirilməsi məsələsinə gələcəkdə baxıla bilər»
# 17 noyabr 2008 11:59 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. «Azərbaycanda şəhərdaxili stasionar telefon danışıqlarının ödənişli sistemə keçirilməsi məsələsi hələlik gündəmdə deyil. Amma gələcəkdə bu məsələyə baxıla bilər». «APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib.
Nazirin sözlərinə görə, radio-televiziya yayımlarının yaxşılaşdırılması məqsədilə ölkə prezidentinin sərəncamı ilə Prezidentin Ehtiyat Fondundan ayrılmış vəsait hesabına alınmış avadanlıqlar artıq respublikaya gətirilib. Bu ilin sonuna qədər həmin avadanlıqlar quraşdırılacaq. Bununla da Azərbaycanda radio-televiziya yayımlarının yaxşılaşdırılması təmin ediləcək, sərhəd bölgələrində efirimizə qonşu dövlətlərin proqramlarının müdaxiləsinin qarşısı alınacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR