Bank Of Baku

Gələn ilin sonuna kimi Azərbaycanın bütün ərazisi CDMA şəbəkəsi ilə əhatə olunacaq

Gələn ilin sonuna kimi Azərbaycanın bütün ərazisi CDMA şəbəkəsi ilə əhatə olunacaq
# 18 noyabr 2008 08:11 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Aztelekom» İstehsalat Birliyi CDMA şəbəkəsinin təşkili üçün artıq 22 rayon ərazisində baza stansiyası qurub.
«Aztelekom» İB-nin baş direktoru Məhəmməd Məmmədov «APA-Economics»ə bildirib ki, 2009-cu ilin sonuna kimi bütün Azərbaycan ərazisi CDMA şəbəkəsi ilə əhatə ediləcək. Gələn il ərzində «Aztelekom» CDMA şəbəkəsinin nömrə tutumunu 80 min nömrə genişləndirməyi nəzərdə tutur.
M.Məmmədovun sözlərinə görə, CDMA şəbəkəsinin üstün cəhətləri olduqca çoxdur. Hazırda kəndlərin, xüsusilə ucqar kəndlərin telefonlaşdırılması baha başa gəldiyindən həmin ərazilər stasionar şəkildə CDMA şəbəkəsinə qoşulur: «Rayon ərazisində bir antena qoymaqla, həmin rayondakı bütün kəndləri CDMA şəbəkəsi ilə əhatə etmək olur. Amma telefon aparatlarının qiymətlərində müəyyən qədər fərq var. Bu fərqi aradan qaldırmaq üçün abunəçilərə təklif etmişik ki, biz həmin aparatları alıb abunəçilərə 6 ay müddətinə kreditlə verə bilərik. Hazırda 12 min abunəçimiz var».
Qeyd edək ki, «Aztelekom» İB-də CDMA simsiz rabitə xidməti 2005-ci ilin sentyabr ayında istismara verilib.
CDMA rabitə sistemi 1993-cü ildə Amerika Telekommunikasiya Sənayesi Assosiasiyasında İS-95 standartına uyğun olaraq standartlaşdırılıb. Hazırda ən müasir mobil telefon sistemi hesab olunan CDMA texnologiyası İTU tərəfindən 3-cü nəsil mobil rabitə sisteminin hazırlanması üçün əsas kimi tövsiyə olunub. CDMA standartı səs və danışığın yüksək keyfiyyətlə ötürülməsini təmin edir, fon maneələrini, paralel kanallar arası danışıqları və digər maneələri dəf edərək informasiyanın məxfiliyinin saxlanılmasını artırır. Bu rabitədən istifadə zamanı enerji sərfi da az olur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR