Bank Of Baku

TRACECA nəqliyyat dəhlizinin Azərbaycan seqmentində yük daşınması 2,4%, sərnişin daşınması isə 6,4% artıb

TRACECA nəqliyyat dəhlizinin Azərbaycan seqmentində yük daşınması 2,4%, sərnişin daşınması isə 6,4% artıb
# 19 noyabr 2008 11:48 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-sentyabr aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsində 35,6 mln. ton və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,4% çox yük daşınıb.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə TRACECA-nın Azərbaycan hissəsində 142,2 mln. nəfər və ya 6,4% çox sərnişin daşınıb.
Yük daşınmasında dəmir yolu nəqliyyatı 55,3%, avtomobil nəqliyyatı 31,2%, dəniz nəqliyyatı 13,5% paya malik olub, dəhlizdə bu nəqliyyat növləri ilə daşınan yüklər ölkənin nəqliyyat sektorunda daşınan bütün yüklərin 26,5%-ni təşkil edib.
Dəhlizdəki daşınmalarda 195 mln. manat və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 12,5% çox gəlir əldə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR