Bank Of Baku

Azərbaycan elektron hökumətlə bağlı Astanada keçirilən konfransda iştirak edir

Azərbaycan elektron hökumətlə bağlı Astanada keçirilən konfransda iştirak edir
# 19 noyabr 2008 12:44 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Bu gün Astanada (Qazaxıstan) «Elektron hökumət təşəbbüsləri-2008» adlı konfrans keçirilir. Konfransda Azərbaycanı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi strateji planlaşdırma və elmi potensial şöbəsinin müdiri İsfəndiyar Əliyev təmsil edir.
Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, konfransın məqsədi E-hökumət proqramının tətbiqinin təşviqi, İKT imkanlarından istifadə edərək dövlət idarəçiliyinin keyfiyyətini artırmaqdır. Tədbir zamanı elektron hökumət həlləri ilə əlaqədar aktual problemlərə həsr edilmiş müzakirələr keçirilir, bu istiqamətdə müasir təcrübə mübadiləsi aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR