Bank Of Baku

İlin sonuna kimi «Elektron Şamaxı» layihəsinin II mərhələsi yekunlaşacaq

İlin sonuna kimi «Elektron Şamaxı» layihəsinin II mərhələsi yekunlaşacaq
# 19 noyabr 2008 14:06 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Aztelekom» İstehsalat Birliyi «Elektron Şamaxı» layihəsinin ikinci mərhələsini həyata keçirməyə başlayıb. Bu barədə «APA-Economics»ə «Aztelekom» İB-nin baş direktoru Məhəmməd Məmmədov məlumat verib.
Baş direktorun sözlərinə görə, bu mərhələdə abunəçilər üçün genişzolaqlı xidmətlərin satışını təşkil etmək nəzərdə tutulur. Layihənin ikinci mərhələsi bu ilin sonuna kimi yekunlaşacaq.
M.Məmmədov bildirib ki, artıq Şamaxıda elektron hökumətin qurulması üçün infrastruktur yaradılıb: «İndi artıq ayrı-ayrı təşkilatlarda özlərindən asılı olan işlər qalıb. Təşkilatlar bu infrastruktur əsasında işləyə bilmələri üçün öz şəbəkələrini quraraq həmin magistrala birləşdirməlidirlər».
Qeyd edək ki, «Elektron Azərbaycan»ın kiçik modeli kimi reallaşdırılan «Elektron Şamaxı» layihəsinin birinci mərhələsi 2007-ci ildə reallaşdırılıb. Layihənin ilk mərhələsinin həyata keçirilməsi nəticəsində Şamaxı rayonun mərkəzində və 23 kənd yaşayış məntəqəsində NGN şəbəkəsinin stansiya avadanlıqları quraşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR