Bank Of Baku

Azərbaycan Nəqliyyat Nazirliyində Asiya İnkişaf Bankının vitse-prezidenti ilə görüş keçirilib

Azərbaycan Nəqliyyat Nazirliyində Asiya İnkişaf Bankının vitse-prezidenti ilə görüş keçirilib
# 19 noyabr 2008 15:20 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Nəqliyyat Nazirliyində Asiya İnkişaf Bankının (AİB) vitse-prezidenti Xiaoyu Jaonun (Xiaoyu Zhao) rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub. Bu barədə «APA-Economics»ə Nəqliyyat Nazirliyindən məlumat verilib.
Nəqliyyat nazirinin müavini Musa Pənahovla görüş zamanı Azərbaycanda yol-nəqliyyat kompleksinin inkişafı, eləcə də AİB-in nəqliyyat sektorundakı mövcud layihələrdə iştirakı məsələlərindən danışılıb.
Görüşdə Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolu, Gəncə dairəvi, həmçinin Ələt-Astara avtomobil yolunun Masallı-Astara hissəsində görülən işlər barədə də müzakirələr aparılıb. Nəqliyyat sektorunun digər strukturlarında, o cümlədən dəmir yolunda aparılan islahatlara toxunulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR