Bank Of Baku

Azərbaycanda dəmir yolu nəqliyyatı ilə yükdaşımaların həcmi 1,5% azalıb

Azərbaycanda dəmir yolu nəqliyyatı ilə yükdaşımaların həcmi 1,5% azalıb
# 20 noyabr 2008 06:55 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanın dəmir yolu nəqliyyatı vasitəsi ilə 22,9 mln. ton yük daşınıb ki, ötən ilin analoji dövrü ilə müqayisədə yükdaşımanın həcmi 1,4% azalıb.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, dəmir yolunda orta hesabla sutka ərzində yüklənmiş vaqonların sayı 3,3% azalıb, boşaldılmış yük vaqonlarının sayı isə 11,8% artıb. Vaqonların orta sutkalıq yüklənməsi dəmir yolunun Şimal istiqaməti üzrə 8,4% azalma ilə, Qərb istiqaməti üzrə 11,2%, Cənub istiqaməti üzrə isə 15,5% artımla müşahidə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR