Bank Of Baku

Yanvar-oktyabr aylarında Azərbaycanın nəqliyyat sektorunda yük daşınması 10% artıb

Yanvar-oktyabr aylarında Azərbaycanın nəqliyyat sektorunda yük daşınması 10% artıb
# 20 noyabr 2008 07:00 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın nəqliyyat sektorunda yük daşınması ötən ilin eyni dövrü ilə müqayisədə 10,4%, yük dövriyyəsi isə 18% artıb.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, nəqliyyat vasitələri ilə daşınan 149,7 mln. ton yükün 47%-i avtomobil, 31,2%-i boru kəməri (o cümlədən 18,7%-i Bakı-Tiflis-Ceyhan neft kəməri, 1,8%-i Cənubi Qafqaz qaz kəməri ilə), 15,3%-i dəmir yolu, 6,5%-i isə dəniz nəqliyyatı vasitəsilə həyata keçirilib.
Özəl bölmənin nəqliyyat vasitələri ilə yük daşınması 13,2% artıb, bu bölmənin yük daşınmasında payı 69,1% təşkil edib.
Cari ilin ilk 10 ayı ərzində ümumilikdə nəqliyyat xidmətlərinin həcmi əvvəlki ilin müvafiq dövrünə nisbətən 17,3% artıb.
Nəqliyyat vasitələri ilə yanvar-oktyabr aylarında 1 mlrd. sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,9% artıb. Bu sahədəki fəaliyyətin 83,4%-i qeyri-dövlət bölməsinin payına düşüb, sərnişinlərin 83,5%-i avtomobil, 15,9%-i metro nəqliyyatı ilə daşınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR