Bank Of Baku

Pakistanın federal kommunikasiyalar naziri Azərbaycana gələcək

Pakistanın federal kommunikasiyalar naziri Azərbaycana gələcək
# 20 noyabr 2008 11:34 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Pakistanın federal kommunikasiyalar naziri Ərbab Alamgirin rəhbərlik etdiyi nümayəndə heyətinin dekabrın əvvəlində Azərbaycana səfəri planlaşdırılır. Bu barədə «APA-Economics» Pakistanın «Daily Times» qəzetinə istinadən məlumat verib.
Ə.Alamgirin Bakıda Azərbaycanın hökumət rəsmiləri ilə bir sıra görüşləri nəzərdə tutulub. Görüşlərdə iki ölkə arasında yol və nəqliyyat sahəsində əlaqələr, daşımaçılığın inkişaf perspektivləri müzakirə olunacaq.
Pakistan naziri həmçinin, dekabrın 4-də TRACECA Hökumətlərarası Komissiyasının Bakıda keçiriləcək konfransına da qatılacaq.
Azərbaycanın Pakistandakı səfiri Eynulla Mədəti ilə görüşdə nazir bildirib ki, Pakistan Azərbaycanla kommunikasiyalar da daxil olmaqla, bütün sektorlarda əlaqələr qurmağa maraq göstərir. Hər iki ölkə bir-birinə yol nəqliyyat sistemlərinin təkmilləşdirilməsində kömək edə bilərlər.
Qeyd edək ki, Pakistan TRACECA-nın daimi üzvləri sırasına qoşulmağa maraq göstərir və hazırda bu istiqamətdə üzv-dövlətlərlə müvafiq iş aparır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR