Bank Of Baku

Azərbaycanın rayon mərkəzi ATS-lərinin elektronlaşdırılması yaxın bir ildə başa çatacaq

Azərbaycanın rayon mərkəzi ATS-lərinin elektronlaşdırılması yaxın bir ildə başa çatacaq
# 20 noyabr 2008 13:57 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Aztelekom» İstehsalat Birliyi 2009-cu ilin sentyabr ayına kimi respublikanın bütün rayon və şəhərlərinin mərkəzi ATS-lərinin elektronlaşdırılması prosesini yekunlaşdıracaq. Bu barədə «APA-Economics»ə «Aztelekom» İB-nin baş direktoru Məhəmməd Məmmədov məlumat verib. Baş direktor bildirib ki, hazırda 10 rayonda bu problem qalmaqdadır.
M.Məmmədovun sözlərinə görə, hazırda Ağsu, Zərdab və Ucarın rayon mərkəzi ATS-lərinin elektronlaşdırılmasına hazırlıq işləri görülür.
Qeyd edək ki, bu il ərzində İsmayıllı və Yardımlı rayon mərkəzi ATS-ləri rekonstruksiya olunaraq tutumları 1360 nömrə artırılıb. Bununla da mərkəzi ATS-ləri tam elektron olan telekommunikasiya qovşaqlarının sayı 43-ə çatıb.
Bu ilin oktyabrın 1-ə olan məlumata görə, hazırda respublikanın telefon şəbəkəsində elektron ATS-lərin xüsusi çəkisi 81,4%-dir. Bakı şəhər telefon şəbəkəsində və respublikanın digər bölgələrində isə bu göstərici müvafiq olaraq, 85,3% və 77,3%-dir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR