Bank Of Baku

Azərbaycanda daha dörd elektron şəhər və rayon qurulacaq

Azərbaycanda daha dörd elektron şəhər və rayon qurulacaq
# 21 noyabr 2008 12:23 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Aztelekom» İstehsalat Birliyi «Elektron Şamaxı»ya analoji layihələri daha bir necə rayon və şəhərdə həyata keçirəcək. Bu barədə «APA-Economics»ə «Aztelekom» İB-nin baş direktoru Məhəmməd Məmmədov məlumat verib.
Baş direktorun sözlərinə görə, bu layihələrin ilkin olaraq, Abşeron, Gəncə, Sumqayıt, Göyçay və digər ərazilərdə reallaşdırılması qərara alınıb. Artıq bunun üçün Abşeronda NGN şəbəkəsinin qurulmasına başlanılıb. Gələn ilin əvvəlindən isə Sumqayıt və Gəncədə bu şəbəkə qurulacaq: «Bu layihələr harada böyük tələbat varsa, daha əvvəl orada həyata keçiriləcək. Yardımlıya nisbətən Gəncədə daha potensial abonentlərdən istifadə etmək imkanı olduğu üçün birinci növbədə həmin şəhəri bu layihələrin sırasına salmışıq. Bununla da Gəncənin güclü potensial abunəçisi bu şəbəkənin xidmətlərindən istifadə edəcək».
Qeyd edək ki, «Elektron Azərbaycan»ın kiçik modeli kimi reallaşdırılan «Elektron Şamaxı» layihəsinin birinci mərhələsi 2007-ci ildə həyata keçirilib. Layihənin ilk mərhələsinin həyata keçirilməsi nəticəsində Şamaxı rayonun mərkəzində və 23 kənd yaşayış məntəqəsində NGN şəbəkəsinin stansiya avadanlıqları quraşdırılıb. Layihənin ikinci mərhələsi bu ilin sonuna kimi yekunlaşacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR