Bank Of Baku

Azərbaycan hökuməti «Azərrabitə» ASC-nin yaradılması ilə bağlı təkliflərə baxır

Azərbaycan hökuməti «Azərrabitə» ASC-nin yaradılması ilə bağlı təkliflərə baxır
# 16 mart 2009 12:35 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Aztelekom» və Bakı Telefon Rabitəsi istehsalat birliklərinin birləşdirilməsi və vahid qurumun yaradılması planlaşdırılır. Bu konsolidasiya Azərbaycan prezidentinin «Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında» fərmanı əsasında təsdiq edilmiş «Azərbaycanda dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı»nın icrası çərçivəsində həyata keçiriləcək.
Hökumətdəki mənbələrdən «APA-Economics»ə verilən məlumata görə, bu iki dövlət müəssisəsinin bazasında «Azərrabitə» ASC-nin yaradılması və idarəetməyə verilməsi ilə bağlı aidiyyatı dövlət qurumları ilə birlikdə təkliflər hazırlanaraq artıq hökumətə təqdim olunub.
Qeyd edək ki, hazırda bu iki müəssisə bir-biri ilə sıx əlaqədə fəaliyyət göstərir və nazirliyin nəzarəti altında maddi yardımın göstərilməsi prinsipi ilə çalışır. Belə ki, BTRİB şəbəkəsində göstərilən stasionar telefon rabitəsi xidmətlərinin abunə haqları maya dəyərindən aşağı səviyyədə müəyyən edilməsi ilə bağlı çəkilən zərər beynəlxalq rabitə tariflərindən gələn gəlirlər hesabına kompensasiya olunur. Bu tədbirlər əhalinin sosial vəziyyəti nəzərə alınaraq həyata keçirilir, gələcəkdə isə bu iki birlik ayrı-ayrılıqda özəlləşdirildikdə maddi yardımın göstərilməsi prinsipi mümkünsüz olacaq və BTRİB öz tariflərini yüksəltmək məcburiyyəti qarşısında qalacaq. Nəticədə, əhalinin aztəminatlı təbəqəsi zərər çəkə bilər. Bundan başqa, istehsalat birliklərinin birləşdirilməsi onların kapitallaşmasının artmasına gətirib çıxaracaq ki, bu da nəticə etibarı ilə onların səmərəli özəlləşdirilməsinə kömək edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR