Bank Of Baku

«B&B TV» şirkəti rəqəmli kabel İnternet xidmətləri də göstərəcək

«B&B TV» şirkəti rəqəmli kabel İnternet xidmətləri də göstərəcək
# 16 mart 2009 12:49 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycanın ilk kabel televiziya şirkəti olan «B&B TV»nin fəaliyyətinə yeni bir istiqamət əlavə edəcəyi gözlənilir. Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata əsasən, bu ilin birinci yarısının sonuna kimi «B&B TV» öz istifadəçilərinə rəqəmli kabel İnternet xidmətləri göstərməyə başlamağı planlaşdırır. Artıq layihə çərçivəsində aktiv iş aparılır, yeni xidmətlər vahid paket vasitəsi ilə şirkətin müştərilərinə təqdim ediləcək.
Qeyd edək ki, kabel televiziyası şəbəkəsi vasitəsi ilə İnternetə qoşulan istifadəçilər vahid lokal şəbəkəyə qoşulmuş olur. Xidmətə qoşulmaq üçün telefon xətti lazım deyil, bunun üçün mənzildə kabel modemi quraşdırılır, bu da provayderlə məlumat mübadiləsini telefon xətti ilə deyil, kabel televiziyası şəbəkəsinin kanalları vasitəsi ilə aparılmasına imkan yaradır. Bu şəbəkədə İnternet xidməti sürət və keyfiyyət baxımından, ayrılmış kanallarla İnternetə qoşulma ilə müqayisə oluna bilər.
Bununla yanaşı, qiymətlər də ənənəvi İnternetə qoşulma xidmətlərindən daha aşağı olur. Modemin birbaşa televiziya kabelinə qoşulmasına baxmayaraq, televiziya verilişlərinin keyfiyyətinə heç bir xələl yetirmir. Müqayisə üçün qeyd edək ki, kabel şəbəkəsi vasitəsi ilə İnternetə qoşulma sürəti telefon xətti ilə qoşulmadan 20-30 dəfə artıqdır. İstifadəçi lokal şəbəkədə olduğu kimi İnternetə 10 Mbit/s-dək sürətlə qoşulmaq imkanı əldə edir.
Kabel İnternet xidmətinin daha bir üstünlüyü telefon xətlərində geniş yayılmış «cross-talk»ın (ənqəllərin) olmamasındadır: kabel şəbəkələrində xüsusi koaksil kabel kimi müdafiə mövcuddur.
Xatırladaq ki, 1998-ci ildən fəaliyyət göstərən «B&B TV» (Bakı-Boston TV) müştərək müəssisəsi Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Teleradio» İstehsalat Birliyi və ABŞ-ın «Eastward Bound» şirkətinin təsisçiliyi ilə yaradılıb və hazırda kabel televiziyası xidmətləri göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR