Bank Of Baku

Azərbaycan Ümumdünya Poçt İttifaqının yaz sessiyasında iştirak edəcək

Azərbaycan Ümumdünya Poçt İttifaqının yaz sessiyasında iştirak edəcək
# 17 mart 2009 10:03 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) nümayəndə heyəti Ümumdünya Poçt İttifaqının (ÜPİ) Berndə (İsveçrə) keçriləcək növbəti yaz sessiyasında iştirak edəcək.
RİTN-dən «APA-Economics»ə verilən məlumata görə, martın 18-dən aprelin 3-dək davam edəcək sessiya çərçivəsində Poçt Əməliyyatları Şurasının komissiya və qrupları ilə yanaşı Administrativ Şuranın da müəyyən işçi və layihə qruplarının toplantıları keçiriləcək.
Tədbirdə müzakirə olunacaq əsas məsələlər arasında ÜPİ-nin ötən il keçirilən payız sessiyasında Azərbaycanın poçt məsələləri üzrə irəli sürdüyü və əlavə öyrənilməyə göndərilmiş bir sıra təklifinin təkrar müzakirəsi, qanunsuz buraxılan poçt markalarına qarşı mübarizə tədbirləri, poçt sahəsində yeni elektron xidmətlər və s. məsələlər var. Sessiyanın sonunda isə Poçt Əməliyyatları Şurasının plenar iclasları keçiriləcək, görülmüş işlərə yekun vurulacaq.
Azərbaycanı toplantıda Nazirliyin poçt sektorunun baş məsləhətçisi Nasir Həmidov və beynəlxalq əlaqələr şöbəsinin məsləhətçisi Tutu İsmayılova təmsil edəcək.
Xatırladaq ki, Azərbaycan ÜPİ-nin sonuncu Konqresində təşkilatın hər iki ali orqanı - Administrativ Şura və Poçt İstismarı Şurasına üzv seçilib. ÜPİ-nin hər iki rəhbər orqanında üzvlüyü, ölkəyə bu təşkilatın fəaliyyətində əsas məsələlər üzrə qərarların formalaşmasına təsir etmək imkanı verir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR