Bank Of Baku

Avtomobil bazarında satış həcminin azalması Avropa iqtisadiyyatını uçuruma apara bilər

Avtomobil bazarında satış həcminin azalması Avropa iqtisadiyyatını uçuruma apara bilər
# 18 mart 2009 13:31 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Qlobal maliyyə böhranı dövründə avtomobil bazarında müşahidə olunan satış həcminin azalması Avropa iqtisadiyyatını uçuruma apara bilər.
«APA-Economics»in məlumatına görə, cari ilin fevral ayında Avropada yeni avtomobillərin satış həcmi ötən ilin müvafiq ayı ilə müqayisədə 18,3% azalıb. Satış həcminin azalmasına görə ən çox Mərkəzi və Şərqi Avropa ziyan çəkib. Belə ki, fevralda bu regionda avtomobillərin satış həcmi 30% azalaraq 968 159 ədəd təşkil edib.
Buna baxmayaraq, Almaniyada avtomobillərin satışı 21,5% artıb. Buna əsas səbəb Almaniya hökumətinin avtomobil vergilərində islahatların aparılması və yerli istehsal olan avtomobillərin alınması zamanı hökumət tərəfindən bonusların verilməsi mexanizminin tətbiqi olub. Almaniyadan başqa Lüksemburqda da avtomobillərin satışı çoxalıb. Cırtdan ölkədə fevral ayında satış həcmi 0,3% artıb.
Fevralda Fransada avtomobillərin satışı 13,2%, Böyük Britaniyada 21,9%, İtaliyada 24,4%, Macarıstanda 46,4%, Rumıniyada 66,5%, Rusiyada isə 38% azalıb. Şərqi Avropada avtomobillərin satışına görə Polşanı nümunə gətirmək olar. Belə ki, bu ölkədə satış 7% artıb.
Avropada avtomobillərin satışına görə əsas uğursuz ölkə İslandiya olub. Burada satışın həcmi 91,2% azalıb.
Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının (ACEA) proqnozlarına görə, 2009-cu ilin sonunda Avropa avtomobil sənayesi 18-30 mlrd. avro məbləğində ziyana düşəcək. Avropa İttifaqı ölkələrində isə bu il avtomobil istehsalı təxminən 20% azalacaq. Bunun nəticəsində bu ölkələrdə fəaliyyət göstərən avtomobil istehsalçıları 60 mlrd. avro itirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR